Operativ Məlumat Mərkəzi

Portuqaliya çempionu Taylandda itkin düşüb

1 dəq
Paylaş:
Portuqaliya çempionu Taylandda itkin düşüb
bu barədə onun həyat yoldaşı sosial şəbəkələrdə məlumat paylaşıb. O, idmançının artıq iki həftədir ki, Taylandda müəmmalı şəraitdə itkin düşdüyünü və...

Portuqaliyanın bodibordinq üzrə çempionu Daniel dos Santos Taylanddakı Koh Panqan adasında yoxa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Surtotal”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkələrdə məlumat paylaşıb.

O, idmançının artıq iki həftədir ki, Taylandda müəmmalı şəraitdə itkin düşdüyünü və bundan bir neçə gün sonra onun əşyalarını - pasportunu, pul kisəsini və təyyarə biletini ağacın altında tapdığını bildirib.

Portuqaliyanın Daxili İşlər Nazirliyindən durumun izlənildiyi və Portuqaliyanın Taylanddakı səfirliyi vasitəsilə idmançının ailəsi ilə əlaqə saxlanıldığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər