Əsas məzmuna keç

“Sabah” litvalı basketbolçunu transfer edib

“Sabah” litvalı basketbolçunu transfer edib

Bakı klubu İspaniyanın ACB liqasında çıxış etmiş Mindauqas Susinskasla 2 illik müqavilə bağladı. 2,04 metr boylu hücumçunun karyerası və statistikası.

en ru

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təmsilçisi Susinskası edib. Litvalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mindauqas Susinskas karyerası ərzində ölkəsinin "Dzukiya”, "Prenay", Almaniyanın “Xemnits" və son olaraq İspaniyanın "Jirona" komandalarının formasını geyinib. 2,04 metr boya malik basketbolçu Almaniyada FIBA Avropa Kuboku təcrübəsi qazanıb və həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 asist ilə çıxış edib. Daha sonra İspaniyanın ACB liqasında 3 mövsüm keçirərək Avropa basketbolunun ən yüksək səviyyələrindən birində özünü sınayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…