Əsas məzmuna keç

DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar müraciət edib - VİDEO

DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi "Formula 1 " ilə əlaqədar vətəndaşlara müraciət edib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir: "“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…