Operativ Məlumat Mərkəzi

Pentaqon Kiyevə 275 milyon dollar hərbi yardım ayıracaq

1 dəq
Paylaş:
Pentaqon Kiyevə 275 milyon dollar hərbi yardım ayıracaq
bu barədə "Associated Press" mənbələrə əsaslanaraq məlumat yayıb. Bildirilir ki, paketə hava hücumundan müdafiə sistemləri, "HIMARS" reaktiv yaylım atəşi...

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq hərbi yardım paketi köçürməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə əsaslanaraq məlumat yayıb.

Bildirilir ki, paketə hava hücumundan müdafiə sistemləri, "HIMARS" reaktiv yaylım atəşi sistemləri, 105 və 155 mm-lik güllələr, tank əleyhinə "Javelin sistemləri", digər avadanlıq və ehtiyat hissələri daxildir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamada Vaşinqtonun yaxın günlərdə Kiyevə yeni hərbi yardım paketini açıqlamağı planlaşdırdığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər