Əsas məzmuna keç

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu...

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və onlarla döyüş bir neçə saat davam edib.

Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…