Əsas məzmuna keç

Övladları bu universitetdə təhsil alacaq valideynlərin NƏZƏRİNƏ!

Övladları bu universitetdə təhsil alacaq valideynlərin NƏZƏRİNƏ!

bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib. O bildirib ki, valideynlərinin tələbələri...

" tərəfindən mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Bu, yalnız tələbələrin yaşayışı üçün nəzərdə tutulan imkanlardır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib.

O bildirib ki, valideynlərinin tələbələri müşayiət etməsi, istədikləri zamanlarda gəlib onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problem yoxdur:

"Ölkəmizin digər şəhərlərində təhsil alan tələbələrin valideynləri öz övladları ilə hansı formada təmaslarda olursa, eyni Xankəndi şəhərində də yaradılacaq. Həmçinin valideyn tələbə övladının təhsil aldığı şəhərdə gedib yaşamaq imkanlarını nəzərdən keçirə bilər. Artıq bu həmin valideynin fərdi qaydada verəcəyi qərardır”.

Rektor Xankəndidəki məsələsinə də toxunub:

"Hazırda Xankəndidə təhlükəsizlik baxımından da bütün imkanlar formalaşdırılıb. Dövlətimizin müvafiq qurumları bununla bağlı zəruri olan bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.Eyni zamanda universitetimizin tədris binalarında, tələbələrimizin və əməkdaşlarımızın yaşayacağı yaşayış binalarında da universitet tərəfindən müvafiq təhlükəsizlik mexanizmi hazırlanıb və uğurla reallaşdırılacaq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…