Övladları bu universitetdə təhsil alacaq valideynlərin NƏZƏRİNƏ!

Övladları bu universitetdə təhsil alacaq valideynlərin NƏZƏRİNƏ!
16.08.2024 14:02
Aa
dəq

"Tələbələrimiz universitetimiz tərəfindən mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Bu, yalnız tələbələrin yaşayışı üçün nəzərdə tutulan imkanlardır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib.

O bildirib ki, valideynlərinin tələbələri müşayiət etməsi, istədikləri zamanlarda gəlib onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problem yoxdur:

"Ölkəmizin digər şəhərlərində təhsil alan tələbələrin valideynləri öz övladları ilə hansı formada təmaslarda olursa, eyni imkanlar Xankəndi şəhərində də yaradılacaq. Həmçinin valideyn tələbə övladının təhsil aldığı şəhərdə gedib yaşamaq imkanlarını nəzərdən keçirə bilər. Artıq bu həmin valideynin fərdi qaydada verəcəyi qərardır”.

Rektor Xankəndidəki təhlükəsizlik məsələsinə də toxunub:

"Hazırda Xankəndidə təhlükəsizlik baxımından da bütün imkanlar formalaşdırılıb. Dövlətimizin müvafiq qurumları bununla bağlı zəruri olan bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.Eyni zamanda universitetimizin tədris binalarında, tələbələrimizin və əməkdaşlarımızın yaşayacağı yaşayış binalarında da universitet tərəfindən müvafiq təhlükəsizlik mexanizmi hazırlanıb və uğurla reallaşdırılacaq".

Həftənin ən çox oxunanları

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
DAVAMIN OXU davamın oxu

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq
DAVAMIN OXU davamın oxu