Əsas məzmuna keç

Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 16 nəfəri xilas edilib

Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 16 nəfəri xilas edilib

Fövqəladə Hallar Nazirliyinin 112 - xəttinə daxil olmuş əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 16 xilas ediblər. Həmçinin yanğın zamanı 5 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…