Operativ Məlumat Mərkəzi

Onların Qəzza üçün başlatdıqları aclıq aksiyası davam edir

1 dəq
Paylaş:
Onların Qəzza üçün başlatdıqları aclıq aksiyası davam edir
bununla bağlı xarici KİV məlumat yayıb. Nyu-Yorkdakı CUNY Məzun Mərkəzi, Brooklyn Kolleci və Baruch Kollecinin tələbələri Qəzzada baş verən humanitar...

ABŞ-nin Nyu-York şəhərində müxtəlif universitetlərdən tələbələrin İsrailə etiraz etmək və Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə dəstək məqsədilə başlatdıqları aclıq aksiyası 14-cü gününə daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nyu-Yorkdakı CUNY Məzun Mərkəzi, Brooklyn Kolleci və Baruch Kollecinin tələbələri Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək və Qəzzada fələstinliləri aclıqdan öldürməyə və bombalamağa davam edən İsrail-ABŞ döyüş maşınına etiraz etmək üçün qeyri-müəyyən aclıq aksiyasını davam etdirirlər.

“Qəzza üçün aclıq aksiyası”, “Azad Fələstin”, “Soyqırımı ört-basdır edə bilməzsiniz” kimi pankartlar daşıyan tələbələr universitetlərinin İsraillə əlaqələrini kəsməyi tələb edirlər.

Tələbələr aclıq aksiyasına mayın 27-dən başlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər