Əsas məzmuna keç

NİİM piyada vurma hadisələri ilə bağlı müraciət edib

NİİM piyada vurma hadisələri ilə bağlı müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücü və piyadalara müraciət edib. Mərkəzdən "Operativ Məlumat...

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücü və piyadalara müraciət edib.

Mərkəzdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məlumatda deyilir:

"Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.

keçidlərdən keçən piyadalara yol vermirlər

Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.

Sürücü və piyadalara :

Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik. Bir daha sürücü və piyadalara çağırış edirik:

Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…