İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda iki israilli diplomatın öldürülməsindən sonra ölkəsindəki bütün diplomatik missiyalarda təhlükəsizliyin artırılması barədə göstəriş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, Amerika paytaxtında baş verənlərdən danışaraq, faciənin İsrailə qarşı qızışdırmanın nəticəsi və antisemitizmin növbəti təzahürü olduğu fikrini ifadə edib.