Əsas məzmuna keç

Netanyahu Almaniyanın silah qadağasını terrorizmə təşviq kimi qiymətləndirib

Netanyahu Almaniyanın silah qadağasını terrorizmə təşviq kimi qiymətləndirib

İsrailin Baş naziri Binyamin kansleri Fridrix Mertslə telefon danışığında Almaniya hökumətinin İsrailə satışına icazəni dayandırmaq qərarına görə məyus olduğunu bildirib və bu addımı terrorizmin təşviqi kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin Dəftərxanası məlumat yayıb.

"Netanyahu kansler Merts ilə telefonla danışıb və İsrailə silah embarqosu tətbiq etmək qərarından dərin məyusluğunu dilə gətirib. Almaniya Holokostdan sonra yəhudi xalqına qarşı ən qəddar hücumu həyata keçirən terror qruplaşması HƏMAS-a qarşı İsrailin ədalətli müharibəsini dəstəkləmək əvəzinə, əslində İsrailə silah embarqosunun tətbiqi ilə terrorizmi edir", - məlumatda bildirilir.

Söhbət zamanı Netanyahu vurğulayıb ki, İsrailin məqsədi Qəzzanı işğal etmək deyil, onun idarəçiliyindən azad edilməsi və orada sülhsevər hökumətin formalaşması üçün şərait yaratmaqdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…