Əsas məzmuna keç

Naxçıvanda seçkilər keçirilir - FOTO

Naxçıvanda seçkilər keçirilir - FOTO

Naxçıvan Tibb Kollecində yerləşən, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsi və Ali Məclisə seçkilər...

Ölkəmizin hər yerində olduğu kimi, Respublikasında da seçkilərinə start verilib. Muxtar respublikada Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Tibb Kollecində yerləşən, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsi və Ali Məclisə seçkilər üzrə 28 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində proses qanunamüvafiq həyata keçirilir. Saat 07:50-də məntəqə seçki komissiyalarının sədrləri seçki məntəqəsini açıq elan edib, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bildirib.

Hər iki məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 məntəqə fəaliyyət göstərir. Bu dairədə seçicilərin sayı 46 min 857 nəfərdir ki, bunlardan 503-ü ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameralar quraşdırılıb. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar 7 deputatlığa namizəd qeydə alınıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…