Operativ Məlumat Mərkəzi

NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək

1 dəq
Paylaş:
NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək
bu barədə qurumun qərargahının mətbuat xidməti məlumat yayıb. Rutte deyib: "Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək...

NATO-nun baş katibi Mark Rutte 2026-cı il NATO sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun qərargahının mətbuat xidməti məlumat yayıb.

Rutte deyib: "Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqi olub, ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verib. Növbəti sammitimizdə liderlər NATO-nun daha güclü, daha ədalətli və effektiv alyans olması, təhlükəsizliyimiz üçün kritik çağırışlara cavab verməyə hazır olması üçün fəaliyyətini davam etdirəcək”, - alyansın baş katibi bildirib.

Qeyd edək ki, Türkiyə 2004-cü ildə İstanbuldan sonra ikinci dəfə NATO sammitinə ev sahibliyi edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər