NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşüb və bu ölkənin NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Gürcüstan ilə NATO arasındakı ortaqlığın daha da necə inkişaf etdiriləcəyini müzakirə edəcəklərini ifadə edən Stoltenberq, “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlüyə, daha çox demokratiyaya və rifaha doğru irəlilədiyini görmək istəyirik”,- deyə qeyd edib.
Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.
NATO: "Biz Gürcüstanı Avro-Atlantik ailənin tamhüquqlu üzvü kimi görmək istəyirik"
Əlaqəli xəbərlər
Avropa xəbərləri
Mark Rutte: NATO Rusiya ilə dialoqu müzakirə etmir
Avropa xəbərləri
Aİ Kiyevə 6,6 milyard avro ayrılması ilə bağlı qərarı təxirə saldı
Avropa xəbərləri
NATO və Aİ Rutteyə qarşı çıxış ediblər
Avropa xəbərləri
Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını elan etdi
Növbəti xəbər yüklənir…