Operativ Məlumat Mərkəzi

"Mükəmməl oynadıq" – Ten Haq

2 dəq
Paylaş:
"Mükəmməl oynadıq" – Ten Haq
o, parlaq qələbə qazandıqlarını diqqətə çatdırıb: “İlk hissə yaxşı epizodlarımız oldu. Antoni və Alexandro Qarnaço matçı daha da sürətli edəcəyini...

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/16 finalının “Barselona” ilə cavab görüşü (2:1) barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, parlaq qələbə qazandıqlarını diqqətə çatdırıb:

“İlk hissə yaxşı epizodlarımız oldu. Antoni və Alexandro Qarnaço matçı daha da sürətli edəcəyini öncədən proqnozlaşdırmışdım. Onlar heç kimdən qorxmurdu. Bu, parlaq qələbədir.

İspaniya çempionatında ən yaxın izləyicisini səkkiz xal qabaqlayan “Barselona”nı məğlub etdik. Mükəmməl oynadıq”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” Kataloniya təmsilçisini 4:3 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adını yazdırıb.

Premyer Liqa təmsilçisinin 1/8 finalda rəqibi bu gün keçiriləcək püşkatmadan sonra məlum olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər