Əsas məzmuna keç

Müəllimlərin iş yerinin dəyişdirilməsinin vakansiya seçimi aktivləşib

Müəllimlərin iş yerinin dəyişdirilməsinin vakansiya seçimi aktivləşib

bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün...

Bu gün dövlət ümumi təhsil müəssisələrində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və ərizəsi şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…