Əsas məzmuna keç

Miqrantları daşıyan ilk təyyarə ABŞ hərbi bazasına enib

Miqrantları daşıyan ilk təyyarə ABŞ hərbi bazasına enib

bu barədə ABC News məlumat yayıb. Təyyarə Texasdan havaya qalxaraq kiçik bir qrup miqrantı Quantanamoya çatdırıb, onların arasında Venesuelada təşkil...

Qanunsuz miqrantları ilk təyyarə Kubanın Quantanamodakı ABŞ bazasına enib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Təyyarə Texasdan havaya qalxaraq kiçik bir qrup miqrantı Quantanamoya çatdırıb, onların arasında Venesuelada təşkil edilmiş “Tren de Aragua” transmilli cinayətkar qrupunun 10 üzvü də var.

Bundan əvvəl ABŞ prezidenti Pentaqona və ABŞ Daxili Departamentinə Kubanın Quantanamodakı ABŞ hərbi bazasında 30 minə yaxın insanı yerləşdirə biləcək müvəqqəti miqrant saxlama mərkəzi hazırlamağı tapşırmışdı.

Quantanamo hərbi dəniz bazasının ərazisindəki həbsxana 2002-ci ildə ABŞ-ın 43-cü prezidenti Corc Buşun dövründə yaradılıb. Bu düşərgə Əfqanıstanda hərbi əməliyyatlar və digər antiterror kampaniyaları zamanı əsir düşmüş insanların yerləşdirilməsi üçün istifadə olunurdu.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…