ABŞ prezidenti Donald Tramp “Rusiya ilə razılaşmaq” istədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunula bağlı xarici KİV məlumat yayıb.
"Mən Rusiya ilə razılaşma əldə etmək istərdim. Bildiyiniz kimi Rusiya Prezidenti Vladimir Putin mənə zəng etdi. O dedi ki, İranla bağlı sizə kömək edə bilərəmmi? Dedim, yox, mənim İranla bağlı köməyə ehtiyacım yoxdur. Və ümid edirəm ki, biz Rusiya ilə razılığa gələ bilərik", - Tramp qeyd edib.