Əsas məzmuna keç

Masallıda evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO

Masallıda evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Güllütəpə kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Masallı rayonu, Güllütəpə kəndində fərdi evində baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 324kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…