"Leyptsiq"in 23 yaşlı hücumçusu Lui Openda daha bir İngiltərə top klubunun hədəfinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbrə verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücum xətti gücləndirmək istəyən “Mançester Yunayted” futbolçunun transferində maraqlıdır.
Hücumçu ilə "qırmızı şeytanlar"dan başqa, Londonun "Çelsi" və "Arsenal" klubları da maraqlanır.
"Leyptsiq" də öz növbəsində cari mövsümün sonunda Opendanın transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.