İngiltərə Premyer Liqasının nəhəngləri transfer bazarında növbəti böyük mübarizəyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, "Everton"un heyətində sərgilədiyi möhtəşəm oyunla diqqətləri üzərinə çəkən Iliman Ndiaye elit klubların əsas hədəfinə çevrilib.
Arsenal Rafinya üçün 100 milyon avroluq təklif hazırlayır
Hazırda bu yarışda favorit qismində "Mançester Yunayted" çıxış edir.
Baş məşqçi Maykl Karrikin rəhbərliyi altında yenidən formalaşan "Qırmızı Şeytanlar", heyətini gücləndirmək üçün hücum xəttinə yeni nəfəs axtarır.
25 yaşlı seneqallı hücumçu Ndiaye klubun transfer siyahısında ilk sıradadır. Karrikin rəhbərliyi ilə iddialı bir layihəyə başlayan "Yunayted", oyunçunu heyətinə qatmaq üçün rəqiblərini qabaqlamaqda qərarlıdır.
“Everton” ulduz futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil. 2029-cu ilə qədər müqaviləsi olan Ndiaye üçün klub rəhbərliyi 80 milyon avro civarında rekord təzminat tələb edir. Bu nəhəng məbləğ transferin maliyyə tərəfinin nə dərəcədə ağır olacağını göstərir.
Lakin "Mançester Yunayted" bu yarışda tək deyil. Seneqallı hücumçunun performansı digər London klublarının da diqqətindən qaçmayıb:
- “Arsenal”
- “Tottenhem”
- “Çelsi”
Bu dörd nəhəng klubun Ndiaye üçün mübarizə aparacağı gözlənilir. Cari mövsümdə sensasiyalı çıxışı ilə yadda qalan hücumçunun gələcəyi yay transfer pəncərəsinin ən çox danışılan mövzularından biri olacaq.