Əsas məzmuna keç

Macarıstanın baş naziri isveçli həmkarını ölkəsinə dəvət edib

Macarıstanın baş naziri isveçli həmkarını ölkəsinə dəvət edib

Orban bu barədə sosial media hesabında paylaşım edib. Belə ki, İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında Macarıstan parlamentində müzakirə...

Macarıstanın baş naziri Orban Ulf Kristersona İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün dəvət məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Orban bu barədə hesabında paylaşım edib.

Belə ki, İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında parlamentində müzakirə olunacağı gözlənilirdi, lakin bəzi isveçli deputatların Budapeşt administrasiyası ilə bağlı açıqlamaları tərəflər arasında gərginliyə səbəb olduğundan proses uzanıb.

Xatırladaq ki, İsveçin NATO-nun 32-ci üzvü olması üçün Böyük Millət Məclisi və Macarıstan Parlamentində təsdiq prosesləri tamamlanmalıdır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…