Macarıstanın baş naziri Viktor Orban baş nazir Ulf Kristersona İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün dəvət məktubu göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Orban bu barədə sosial media hesabında paylaşım edib.
Belə ki, İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında Macarıstan parlamentində müzakirə olunacağı gözlənilirdi, lakin bəzi isveçli deputatların Budapeşt administrasiyası ilə bağlı açıqlamaları tərəflər arasında gərginliyə səbəb olduğundan proses uzanıb.
Xatırladaq ki, İsveçin NATO-nun 32-ci üzvü olması üçün Türkiyə Böyük Millət Məclisi və Macarıstan Parlamentində təsdiq prosesləri tamamlanmalıdır.