Operativ Məlumat Mərkəzi

Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi ilə görüşüb

1 dəq
Paylaş:
Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi ilə görüşüb
bu barədə "Belta" məlumat yayıb. "Sizi Belarusda salamlayıram. Belarusu ziyarət etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik", - Belarus dövlət...

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

"Sizi Belarusda salamlayıram. Belarusu ziyarət etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik", - Belarus dövlət başçısı görüşün əvvəlində deyib.
O, bir sıra məsələləri, o cümlədən kompleks şəkildə Belarus-ABŞ münasibətlərini müzakirə etməyi təklif edib: "Mən həmçinin ABŞ və Belarusun maraqları kontekstində dünyadakı vəziyyətə toxunmağı təklif edirəm. İstəsək də müharibə və sülh məsələlərindən heç yerə qaça bilməyəcəyik".

Lukaşenko iqtisadiyyat sahəsini də ən vacib məsələ adlandırıb: "Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya maraqlarınız var. Təbii ki, iqtisadiyyat baxımından qlobal ölkənizə böyük marağımız var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər