Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın ABŞ tərəfindən irəli sürülən sülh müqaviləsini qəbul edəcəyinə inandığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "BelTA" qəzeti məlumat yayıb.
Lukaşenko deyib ki, Minsk Moskvanın Kiyevlə sülh sazişi bağlamaq səylərini dəstəkləyir. Onun sözlərinə görə, ABŞ yüksək səviyyəli diplomatiya nümayiş etdirəcəyi halda danışıqların nəticə verəcəyi ehtimalı böyükdür, lakin həlledici addım Ukraynanın əlindədir.
“Düşünürəm ki, cəbhədə baş verən hadisələri nəzərə alaraq, Ukrayna bu sülh müqaviləsi ilə razılaşacaq. Əks halda, ölkəni tamamilə itirəcək,” – Belarus lideri vurğulayıb.
Lukaşenko qeyd edib ki, bölgədə gərginliyin azaldılması üçün bütün tərəflərin konstruktiv mövqeyi vacibdir.