Əsas məzmuna keç

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir - 26.08.2025

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir - 26.08.2025

bu barədə Təhsil İnstitutu məlumat yayıb. Qeyd edək ki, II mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur. Seçimlər...

2025–2026-cı ili üzrə mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada 26 avqustun 26-da saat 15:00-dan etibarən II mərhələ seçimlərinə start verilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edək ki, II mərhələ yalnız birinci turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

II mərhələ üzrə seçimlərdə imtahanda 10 və daha yuxarı bal toplayan ,I mərhələdə seçim edib, lakin qəbul olmayan, I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim , I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi avqustun 27-də saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…