Operativ Məlumat Mərkəzi

Lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq

1 dəq
Paylaş:
Lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsil...

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsil İnstitutundan məlumat verilib.

Cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər