Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi ehtimalının Avropa üçün təhlükə ola biləcəyini deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “France 2” verilişində qonaq olan Laqard Trampın yenidən ABŞ prezidenti seçilmə ehtimalını dəyərləndirməsi zamanı qeyd edib.
Laqard deyib ki, Trampın 4 illik hakimiyyətdə etdiyi hərəkətlərdən dərs alınsa, onun yenidən prezident seçilməsi Avropa üçün təhlükə yarada bilər.
Gömrük tariflərinə, NATO-ya xidmət öhdəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə baxmaq kifayətdir. Təkcə bu 3 sahədə belə tarixən ABŞ-ın maraqları Avropanın maraqları ilə üst-üstə düşməyib",- deyə Laqard vurğulayıb.