Əsas məzmuna keç

Kiberhücum zamanı ABŞ-də milyonlarla insanın şəxsiyyət məlumatları oğurlanıb

Kiberhücum zamanı ABŞ-də milyonlarla insanın şəxsiyyət məlumatları oğurlanıb

səlahiyyətlilər kiberhücuma görə, konkret olaraq heç kimi günahlandırmayıb, federal rəsmilər isə insidenti Rusiyanın proqramları şəbəkəsi ilə...

ABŞ-nin Oreqon və Luiziana ştatlarında nəticəsində milyonlarla insanın məlumatları oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər kiberhücuma görə, konkret olaraq heç kimi günahlandırmayıb, rəsmilər isə insidenti Rusiyanın proqramları şəbəkəsi ilə əlaqələndiriblər.

Hücum sonrası ABŞ Enerji və bir çox federal qurumların, həmçinin Böyük Britaniyadakı BBC və British Airways kimi böyük şirkətlərin məlumatlarının oğurlana biləcəyi paylaşılıb.

Luiziana qubernatoru Con Bel Edvards verdiyi açıqlamada, hakerlərin Luiziana Motorlu Vasitələr İdarəsindən oğurlanmış məlumatları satdığı və ya yaydığına dair heç bir əlamətin olmadığını və şübhəlilərin əyalət hökumətləri ilə əlaqə saxlamadıqlarını söyləyib.

Bundan əlavə, hakerlərin istifadə etdiyi proqram təminatının sahibi olan “Progress Software” şirkətinin rəsmiləri proqram təminatında ikinci açığının aşkar edildiyini açıqlayıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…