Kanadanın baş naziri Mark Karni ABŞ-la ticarət danışıqlarının gedişindən asılı olaraq iyulun 21-də polad və alüminium tariflərini yenidən qiymətləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kanada və ABŞ-ın danışıqları davam etdirmək üçün razılaşdıqlarını ifadə edən Karni, "cavabımızı danışıqların gedişatına görə formalaşdıracağıq" deyib.
Karni həmçinin, polad və alüminium tariflərinin ticarət danışıqlarının gedişinə görə iyulun 21-də düzəldiləcəyini bildirib və əlavə edib: "Kanada polad və alüminium işçilərini qorumaq üçün bir sıra əks tədbirlər həyata keçirəcək".