Əsas məzmuna keç

Kanada və ABŞ arasında ticarət sazişi imzalana bilər

Kanada və ABŞ arasında ticarət sazişi imzalana bilər

Kanadanın Baş naziri Mark və ABŞ Prezidenti Trampın oktyabr ayının sonunda keçiriləcək APEC sammitində polad, alüminium və sahələrini əhatə edən sazişi imzalaya biləcəkləri bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlmat yayıb.

Qeyd olunub ki, 7 oktyabrda Karni və Vaşinqtonda görüş keçiriblər. Bu görüşdən sonra liderlər köməkçilərinə iki ölkə arasında lazım olan bütün ticarət sazişlərinin tez bir zamanda imzalanması üçün göstəriş veriblər. Lakin həmin vaxt Tramp Vaşinqtonla Ottava arasında kəskin ticarət mübahisələrinin aradan qaldırılması, bu məsələdə yeni razılaşmanın əldə olunması və ABŞ-nin idxala tətbiq etdiyi gömrük tariflərinin azaldılması ilə bağlı ona dəfələrlə verilən suallara açıq şəkildə cavab verməkdən yayınıb.

Ottava və Vaşinqton 1 avqusta qədər ticarət sazişi imzalamağa nail ola bilmədikdən sonra, Trampın sərəncamı ilə Kanada, Meksika və ABŞ arasında azad ticarət razılaşmasının əhatə etmədiyi bəzi məhsullara tətbiq olunan rüsumlar 25%-dən 35%-ə yüksəldilib. Kanada artıq bir neçə aydır ki, ABŞ-lə ticarət sazişi imzalamağa çalışır, lakin bu cəhdlər hələlik nəticə verməyib. Hazırda Kanadanın polad və alüminiumuna tətbiq edilən rüsumlar isə 50%-ə çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…