Türkiyə XİN İsrailin Qəzzaya hücumlarını genişləndirməsi ilə bağlı açıqlama yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada deyilir:
"Danışıqların davam etdiyi bir vaxtda İsrailin Qəzzaya hücumlarını genişləndirməsi sülh və sabitliyi təmin etmək üçün bütün səyləri sarsıdır. Bu vəziyyət bir daha göstərdi ki, İsrailin davamlı sülhə nail olmaq niyyəti yoxdur. Qəzzanın müxtəlif bölgələrində əməliyyatların dərhal dayandırılması, Qəzzaya humanitar yardımların daxil olması və dərhal atəşkəs çağırışımızı təkrar edirik".