Operativ Məlumat Mərkəzi

Qəzzada can itkisi 33 091-ə yüksəlib

1 dəq
Paylaş:
Qəzzada can itkisi 33 091-ə yüksəlib
Qudra son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 54 fələstinlinin həyatını itirdiyini, 82 fələstinlinin isə...

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada İsrailin 182 gündür Qəzza zolağına etdiyi hücumlarla bağlı məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qudra son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 54 fələstinlinin həyatını itirdiyini, 82 fələstinlinin isə yaralandığını bildirib.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 33 091-ə yüksəldiyini ifadə edən Qudra, yaralı sayının 75 750-yə yüksəldiyini qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Qudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər