ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqa məktub göndərərək, Baş nazir Binyamin Netanyahunun əfv edilməsini təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası "Kan" xəbər verir
Məktubda Tramp Netanyahunun işlərini "siyasi və əsassız" adlandırıb və onun "siyasi təqiblərinin dayandırılmasına" çağırıb.
Hersoq cavabında bildirib ki, əfv istəyən hər kəs mövcud qaydalara uyğun olaraq sorğu təqdim etməlidir.
Qeyd edək ki, 21 noyabr 2019-cu ildə İsrail Baş prokuroru Netanyahunu rüşvətxorluq, fırıldaqçılıq və etibarın pozulması maddələri üzrə ittiham etmişdi. Baş nazir ittihamları dəfələrlə rədd edib, 28 yanvar 2020-ci ildə isə ittihamnamələr Qüds Rayon Məhkəməsinə təqdim olunmuşdu.
2025-ci ilin iyun ayında Tramp İsraildə Netanyahunun məhkəməsinin dayandırılmalı olduğunu bəyan etmiş və oktyabrın 13-də Knessetdə çıxışı zamanı Herzoqa müraciət edərək Netanyahunun əfvini təklif etmişdi.