Operativ Məlumat Mərkəzi

İsrail Misirlə 35 milyard dollarlıq təbii qaz müqaviləsi imzaladı

1 dəq
Paylaş:
İsrail Misirlə 35 milyard dollarlıq təbii qaz müqaviləsi imzaladı
bununla bağlı xarici KİV məlumat yayıb. Netanyahu Qahirə ilə bağlanan təbii qaz müqaviləsindən 58 milyard şekel (18 milyard dollar) dövlət xəzinəsinə...

İsrailin Baş naziri Benyamin Netanyahu Misirlə 112 milyard şekel (34,7 milyard dollar) dəyərində qaz müqaviləsini təsdiqlədiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Netanyahu Qahirə ilə bağlanan təbii qaz müqaviləsindən 58 milyard şekel (18 milyard dollar) dövlət xəzinəsinə daxil olacağını açıqlayıb.

O, dövlətin ilk dörd il ərzində ildə təxminən 500 milyon şekel (155 milyon dollar) alacağını və bu məbləğin 2033-cü ilə qədər ildə 6 milyard şekelə (1,9 milyard dollar) çatacağının gözlənildiyini qeyd edib.

Netanyahu bildirib ki, müqavilə Misirə qaz tədarük edəcək Amerikanın "Chevron" şirkətinin israilli tərəfdaşları ilə imzalanıb.

"Bu məbləğ təhsili, səhiyyəni, infrastrukturu, təhlükəsizliyi, gələcək nəsillərin gələcəyini gücləndirəcək", - deyə o, vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər