Operativ Məlumat Mərkəzi

İran nüvə proqramının dinc xarakter daşıdığını MAQATE-yə nümayiş etdirməyə hazırdır

1 dəq
Paylaş:
İran nüvə proqramının dinc xarakter daşıdığını MAQATE-yə nümayiş etdirməyə hazırdır
bu açıqlama ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi çıxış edib. “Əgər opponentlərimiz həqiqətən Tehranın...

İran ABŞ-la danışıqlarda uğur qazanmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) onun nüvə proqramının nüvə silahı istehsalına yönəlmədiyini göstərmək üçün müxtəlif tədbirlər görməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi çıxış edib.

“Əgər opponentlərimiz həqiqətən Tehranın nüvə silahı əldə etməsinə icazə vermək istəmirlərsə, onda biz nüvə proqramımızın heç bir halda hərbi xarakter daşımayacağını göstərmək üçün MAQATE ilə müxtəlif tədbirləri müzakirə etməyə hazırıq, nəzərə alsaq ki, bizim nüvə proqramımız dinc xarakter daşıyırdı”, - diplomat həftəlik brifinqdə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər