"İnter" Simone İnzaqinin yerinə "Komo"nun baş məşqçisi Sesk Fabreqası komandanın sükanı arxasına gətirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fabreqas "İnter" üçün prioritet seçimdir.
Klub Simone İnzaqi "Əl-Hilala" getmək qərarına gələrsə, hazırkı məşqçinin dəyişdirilməsi məsələsini tez bir zamanda həll etmək istəyir.
Son İtaliya çempionatının yekununda "İnter" 81 xal toplayaraq ikinci yeri tutub.
"Komo" 49 xalla onuncu yerdə qərarlaşıb.