İngiltərədə işsizlik may ayında 4,7 faiz səviyyəsində qeydə alınıb və bu göstərici bazar gözləntiləri olan 4,6 faizdən bir qədər yüksək olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, son dörd ilin – yəni 2021-ci ilin aprel-iyun dövründən bəri qeydə alınan ən yüksək səviyyədir.
İngiltərə Milli Statistika İdarəsinin (ONS) mart-may aylarını əhatə edən dövr üçün dərc etdiyi əmək bazarı göstəricilərinə əsasən, bu dövrdə işsizlik rüb üzrə 0,2 faiz artıb.
Deutsche Bank-ın İngiltərə üzrə baş iqtisadçısı Sanjay Raja, bu nəticələri şərh edərək bildirib ki, ölkədə maaşla çalışan işçilərin sayı və açıq iş yerlərinin azalması əmək bazarının aşağı düşməsinin davam etdiyini göstərir.
O əlavə edib: “Əmək qüvvəsinə tələbat zəifdir, işə qəbul planları demək olar ki, tamamilə dayanıb.”