Silahlı kürd separatçı qrupları İraqdan İrana sərhədi keçməyə cəhd ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İran rəsmisi bildirib ki, yaraqlılar İraq və Türkiyədən İrana keçməyə çalışıblar.
Türkiyə kəşfiyyatı (MIT) bu məlumatla bağlı heç bir şərh verməyib.
İran rəsmisi əlavə edib ki, Tehran bu ölkələri yaraqlıların hər hansı bir hərəkətini və İrana silah ötürülməsini dayandırmağa çağırıb.