Operativ Məlumat Mərkəzi

Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblər

1 dəq
Paylaş:
Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblər
bu barədə "İzvestiya" qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib. “Bütün digər...

Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.

“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, - o qeyd edib.

Onun sözlərinə görə, məqsədiləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır: “Biz sülhə hazırıq, lakin ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axını təmin etməlidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər