Fələstinin Həmas hərəkatının nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə rəsmi səfərə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalı məlumat yayıb.
Rəsmi açıqlamaya görə, nümayəndə heyətinə HƏMAS-ın danışıqlar qrupunun lideri, xaricdəki hərəkatın lideri Xəlil əl-Heya, İordan çayının qərb sahilindəki radikal hücrənin lideri Xalid Məşəl, Zaher Cabarin və digər bəzi HƏMAS üzvlərinin daxil olduğu bildirilir.