HƏMAS-ın Siyasisi Bürosunun sədri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra ilk andan başsağlığı verdiyi və böyük bir heyətlə dəfn mərasimində iştirak etdiyi üçün Türkiyəyə təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, HƏMAS internet saytında verdiyi yazılı açıqlamada hərəkatın lideri Haniyənin öldürülməsinə görə başsağlığı verən bütün ölkə liderlərinə, hökumətlərə və şəxslərə təşəkkür edib.
HƏMAS Türkiyəyə ilk andan başsağlığı verdiyinə və dəfn mərasimində sıx iştirakına görə təşəkkür edib.
Bəyanatda cənazənin qarşılanması və dəfn edilməsinə görə İran prezidenti və xalqına, eləcə də Qətərə təşəkkür edilib.