Əsas məzmuna keç

FHN: Ötən sutka ərzində 28 halda yanğına çıxış olub

FHN: Ötən sutka ərzində 28 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olmuş əsasında aidiyyəti tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən avtoqəza nəticəsində vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.

Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…