Operativ Məlumat Mərkəzi

"Fənərbağça" Almaniya klubunu məğlub edib

1 dəq
Paylaş:
"Fənərbağça" Almaniya klubunu məğlub edib
İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi...

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Fənərbağça" 11-ci pilləyə yüksəlib. "Ştutqart" isə 3 xalla 25-ci sırada qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər