Operativ Məlumat Mərkəzi

Azərbaycanın FIFA referisi UEFA Avropa Liqasının oyununu idarə edəcək

1 dəq
Paylaş:
Azərbaycanın FIFA referisi UEFA Avropa Liqasının oyununu idarə edəcək
bu barədə AFFA məlumat yayıb. Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya)...

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər