Operativ Məlumat Mərkəzi

"Əvvəlcə qarşılıqlı etimadı artırmaq lazım gələcək”

2 dəq
Paylaş:
"Əvvəlcə qarşılıqlı etimadı artırmaq lazım gələcək”
bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Mən əminəm ki, yüksək texnologiyalar sahəsində, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq qurula...

"Rusiya və ABŞ süni intellekt sahəsində əməkdaşlıq qura bilər, lakin hərbi istifadə riskləri olduğu üçün əvvəlcə qarşılıqlı etimadı artırmalıdırlar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Mən əminəm ki, yüksək texnologiyalar sahəsində, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq qurula bilər. Lakin burada süni intellektin potensial hərbi tətbiq imkanları nəzərə alındıqda, yəqin ki, əvvəlcə qarşılıqlı etimadı artırmaq lazım gələcək,” – deyə o bildirib.

Ticarət-iqtisadi əməkdaşlıqdan danışan Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artsa da, hələlik aşağı səviyyədə qalır:

“Ticarət dövriyyəsinin 20% artması hələlik ciddi bir göstərici deyil, çünki əvvəllər bu göstərici 30 milyard dollar ətrafında idi, keçən il isə cəmi 3 milyard oldu. Və bu 20%-lik artım sadəcə amerikalıların hələ də almaqda davam etdiyi uran və bəzi digər metalların qiymətindəki dalğalanmalarla bağlı ola bilər,” – nazir izah edib.

Onun sözlərinə görə, gələcəkdə birgə əməkdaşlıq üçün perspektivli sahələr energetika və Arktikanın mənimsənilməsi ola bilər:

“O cümlədən təbii qazın maye halına salınması üzrə birgə istehsalat həm bizdə, həm də Alyaskada. Bizim digər layihələrimiz də var və bu layihələrə Qərb biznesi maraq göstərir – o cümlədən Saxalində. Həmçinin, təkcə Avrasiya deyil, bəlkə də bütün dünyanın təbii sərvətlərlə ən zəngin hissələrindən biri olan Sibir kimi geniş ərazilərimiz var. Kosmos sahəsi də mövcuddur,” – deyə Lavrov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər