Operativ Məlumat Mərkəzi

"İsrailin kömək gözləyən mülki insanları güllələdiyini təsdiq edirik"

2 dəq
Paylaş:
"İsrailin kömək gözləyən mülki insanları güllələdiyini təsdiq edirik"

Mərkəzi Cenevrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqlarının Monitorinqi Təşkilatı (Euro-Med) Qəzzada yardım gözləyərkən 100-dən çox mülki şəxsin öldürülməsi ilə bağlı apardığı ilkin araşdırmanın aclıqdan ölən onlarla fələstinli mülki vətəndaşın öldüyünü və yaralandığını təsdiqlədiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəyanatda İsrail ordusunun mülki vətəndaşları qətlə yetirdiyini təsdiqləyən 4 dəlilin olduğu vurğulanıb və bunlardan birincisinin ölən və yaralıların bədənlərindəki yara izləri olduğu qeyd edilib.

Açıqlamada ikinci dəlilin İsrail ordusunun yaydığı görüntülər olduğu və sahilə yaxın mövqedə olan tanklardan atəş səslərinin eşidildiyi, lakin İsrail ordusunun bu vəziyyəti qəsdən gizlətdiyi bildirilib.

Mülki şəxslərə atəş açarkən eşidilə bilən səsin İsrail ordusunun istifadə etdiyi avtomatik silahdan gəldiyinin müəyyən edildiyi də vurğulanıb.

“Bizim ilkin araşdırmalarımız İsrail ordusunun açdığı atəş nəticəsində aclıq çəkən onlarla fələstinli mülki vətəndaşın həlak olduğunu və yaralandığını təsdiqləyib”,- deyə məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər