Əsas məzmuna keç

Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə...

Prezidenti Tayyib Ərdoğanla Rusiyanın Vladimir Putin arasında başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T. Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

13:43***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri Ukraynadakı müharibənin gələcəyini, həmçinin “Taxıl sazişi”nin perspektivini müzakirə edirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…