Əsas məzmuna keç

Ərdoğan: Trampın Qəzza ilə bağlı ərəb və müsəlman liderlərlə görüşü səmərəli keçib

Ərdoğan: Trampın Qəzza ilə bağlı ərəb və müsəlman liderlərlə görüşü səmərəli keçib

bu haqda Anadolu Agentliyi məlumat yayıb. Ərdoğan Tramp ilə ərəb və müsəlman liderlər arasında Qəzzada müharibəni dayandırmaq məqsədilə keçirilən görüşün...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasının gedişatında ABŞ Prezidenti Donald Tramp ilə ərəb və arasında görüşün səmərəli keçdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

Ərdoğan Tramp ilə ərəb və müsəlman liderlər arasında Qəzzada müharibəni dayandırmaq məqsədilə keçirilən görüşün nəticələrindən məmnun olduğunu və görüşün səmərəli keçdiyini vurğulayıb.

Axiosun verdiyi məlumata görə isə Tramp bildirib ki, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, , Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin iştirak etdiyi görüş uğurlu keçib.

Tramp bu görüşdə müharibənin dayandırılması üçün plan təqdim edib. O, “bunu bacaracaq qrup” adlandırdığı ərəb və müsəlman ölkələrinin Qəzzaya hərbi qüvvələr göndərməyə, İsrailin bölgədən çıxışını təmin etməyə və keçid dövrü üçün yenidənqurma proqramlarının maliyələşdirməsi ilə razılaşmalarını istəyir.

Görüşlə bağlı hələlik rəsmi sənəd və ya bəyanat açıqlanmasa da, tərəflər arasında Qəzzada atəşkəsə nail olmaq üçün perspektivləri müzakirə olunduğu bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…